Müğənni Xatirə İslam sənətdən gedəcəyi vaxtı açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Gün ortası” verilişində danışıb. Xatirə deyib ki, bir müddət sonra oğlunun təhsili ilə məşğul olmaq istəyir:
“Sənət yoldaşlarım məni danlayacaq. Gözləyirəm ki, 6-7 il keçsin yavaş-yavaş sənətdən gedim. Evdə oturub uşağın təhsili ilə məşğul olum. İnsan yorulur. Özünü öldürsə, 10 il... Ondan sonra heç nə gözlənilmir”.
