Qırğızıstan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri və Özbəkistana kərə yağı ixracını artırıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Qırğızıstanın Milli Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Qırğızıstan yanvar-fevral aylarında 3,67 milyon dollar dəyərində 581 ton kərə yağı ixrac edib. Məhsulun əsas hissəsi Avrasiya İqtisadi İttifaqı ölkələrinə çatdırılıb:
Bunun 500 tonu Rusiyaya, 71,8 tonu Qazaxıstana, 9,4 tonu Özbəkistana ixrac edilib. Həmçinin, Qırğızıstandan Birləşmiş Ştatlara da 2,1 ton kərə yağı göndərilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə cati ildə kərə yağı ixracı 16,3 dəfə artıb.
Anar Əliyev