RU

Ceyhun Bayramov Azərbaycanın İraqdakı səfirliyində olub

Ceyhun Bayramov ADA Universitetinin rektoru Hafiz Paşayevlə birlikdə Azərbaycanın İraqdakı səfirliyində olub.

Xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində ADA Universitetinin rektoru Hafiz Paşayevlə birlikdə Azərbaycanın İraqdakı səfirliyində olub.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.

“ADA Universitetinin rektoru Hafiz Paşayevlə Azərbaycanın İraqdakı səfirliyini ziyarət etməkdən şərəf duyuruq. Burada Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, onun əbədi irsini və dövlətçiliyimizdəki mühüm rolunu xatırlayaraq, xatirəsini ehtiramla andıq”, - paylaşımda qeyd olunub.

Избранный
0
10
operativmedia.az

10Источники