"Hindistan və Pakistan arasında gərginlik nüvə müharibəsinə çevrilə bilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.
O, "Geo News" televiziyasına müsahibəsində bildirib ki, 26 nəfərin ölümü ilə nəticələnən hücum geniş müharibə riskini yaradıb: "Əgər onlar - Hindistan bölgəyə genişmiqyaslı müharibəyə başlasalar, o zaman təhlükəni dəf etmək üçün hər an nüvə silahları işə slaına bilər. Bu, ilk böyük nüvə müharibəsinə çevrilə bilər. Ona görə Yeni Dehli hökuməti dü.üncəsiz addımdan şəkinməlidir. Onlar bizi nüvə müharibəsinə sövq edərsə, bunun bütün nəticələrini yaşayacaqlar".
Samir Musayev
MİA.AZ