Demokrat.az xəbər verir ki, konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin rəhbər heyəti və əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında duran əsas hədəflərdən söz açıb. Rektor bildirib ki, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda bölgənin elmi və intellektual mərkəzinə çevrilmə istiqamətində də mühüm addımlar atmaqdadır. Ş.Bayramov çıxışında xüsusi olaraq vurğulayıb ki, universitetin fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin irsi, dövlətçilik prinsipləri və milli suverenlik ideyalarının təbliği əsas istiqamətlərdən birini təşkil edir.
Şahin Bayramov "Konstitusiya və suverenlik ili" çərçivəsində keçirilən konfransı Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğ edilməsi baxımdan yüksək qiymətləndirərək Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın vətəndaşı olmağın qürurdan bəhs edib.
10Источники
-
tehsil.bizQarabağ Universitetində Heydər Əliyev irsinə dair konfrans keçirilib ( 17091158)
-
demokrat.azQarabağ Universitetində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilib ( 17081360)
-
far.azQarabağ Universitetində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilib ( 17080901)
-
teleqraf.comQarabağ Universitetində elmi-praktik konfrans keçirildi ( 17079167)
-
report.az“Heydər Əliyev irsi: Azərbaycan konstitusiyası və suverenliyimizin bərpası” mövzusunda elmi-praktiki konfrans keçirilib ( 17079071)
-
azertag.azXankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilib - YENİLƏNİB ( 17064290)
-
yeniazerbaycan.comXankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilir ( 17061533)
-
day.azXankəndidə “Heydər Əliyev irsi: Azərbaycan konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilir - FOTO ( 17058041)
-
herbiand.azXankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilir ( 17057009)
-
az.trend.azXankəndidə “Heydər Əliyev irsi: Azərbaycan konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilir (FOTO) ( 17056007)