ADPU-nun müəllimi Xumarə Qəhrəmanlının və AzTU-nun müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə ADPU və AzTU tələbələri dünyanın ən böyük robot olimpiadası olan “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda 9 kateqoriya üzrə 1-ci yeri qazanıblar.
Mia.az xəbər verir ki, 4 may 2025-ci il tarixində Azərbaycanda“Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib. Azərbaycanın fərqli təhsil müəssisəsindən ümumilikdə 187 komanda, 845 şagird və tələbə iştirak etdiyi yarışmada gənc mühəndislər 21 fərqli kateqoriya üzrə qələbə uğrunda yarışıblar.