RU

Hidayət Heydərov: "Bundan sonra uğurlarım oğlum üçün olacaq"

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov yeni oğulmuş övladı ilə bağlı ilk emosiyalarını bölüşüb.

İdman.biz xəbər verir ki, o, xəstəxananı tərk edən körpəni ilə birlikdə kameralar qarşısında keçib.

"Ata olmaq çox gözəl hissdir. İlk dəfədir ki, bu hissləri yaşayıram. Hələ də şokdayam. Gələcəkdə onu qucağıma alanda bunu daha yaxşı dərk edəcəyəm. Bundan sonra həyatda onun üçün yaşacam və uğurlarım oğlum üçün olacaq".

Qeyd edək ki, Hidayət oğluna Leo adını verib.

İdman.biz

Избранный
0
idman.biz

1Источники