RU

Vuçiç Moskvaya səfəri zamanı Bakıya eniş etdi: SƏBƏB

  Serbiya Prezidenti Aleksandar Vuçiç Moskvanın Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərində iştirak etmək üçün Rusiyaya səfər edib.

Referans xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Vuçiçin təyyarəsi əvvəlcə Bakıda eniş edib. Məlumata görə, bu eniş əvvəlcədən planlaşdırılmış və təyyarənin yanacaqla təmin olunması məqsədi daşıyıb.

Vuçiçin Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşü də planlaşdırılıb.

Qeyd edək ki, daha əvvəl Litva və Latviya Serbiya Prezidentinin təyyarəsi üçün hava məkanını bağladığını bildirmişdi./globalinfo.az  

Избранный
0
referans.az

1Источники