Bakı. Trend:
Biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk.Azərbaycan bu təsisatda dörd il sədrlik etmişdir və çox gözəl biriz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballıtəsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VyetnamınKommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam iləmətbuata bəyanatında bildirib.
“Bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikirmübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur”, -deyə dövlətimizin başçısı əlavə edib ki, bütün məsələlər ölkələrinərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında,beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır, bütünmübahisəli məsələlər danışıqlar, sülh yolu ilə həllolunmalıdır.