RU

Azərbaycan, Özbəkistan və Gürcüstan boksçuları birgə təlim-məşq toplanışı keçir

Beynəlxalq boks toplanışı “Heydər Əliyev Kuboku-2025”ə hazırlıq xarakteri daşıyır.

Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Operativ Media xəbər verir ki, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir.

Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.

Избранный
0
9
operativmedia.az

10Источники