RU

Politoloq: Netanyahu Azərbaycana səfərini ləğv etməklə Bakı ilə Ankara arasında gərginlik yaratmağa çalışdı...

Bu gün İsrailin baş naziri Bemyamin Netanyahunun Azərbaycana 5 günlük səfəri gözlənilirdi, lakin səfər təxirə salındı..

Politoloq: “Məsələ burasındadır ki, mən burada İsrail tərəfinin daha çox Azərbaycanla Türkiyə münasibətlərini pozmaq istəyi olduğunu düşünürəm”.

“Mən Netanyahunun səfərinin təxirə salınmasına görə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin pisləşəcəyinə gətirib çıxaracağını düşünmürəm”.

Bu sözləri politoloq Turan Rzayev İsrail liderinin Azərbaycana səfərinin təxirə salınmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün, mayın 7-də İsrailin baş naziri Bemyamin Netanyahunun Azərbaycana 5 günlük səfəri gözlənilirdi, lakin bildiyimiz kimi, İsrailin Suriyaya endirdiyi hava zərbələrindən sonra Türkiyə ilə münasibətlərin yenidən kəskin pisləşməsi fonunda Netanyahu öz səfərini təxirə saldı.

Netanyahunun Azərbaycana olan səfərinin təxirə salınmasını birbaşa Türkiyə ilə münasibətlərin gərginləşməsi ilə əlaqələndirmək olarmı, yoxsa bunda başqa səbəblər də ola bilər?

İsrail-Azərbaycan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Hesab edirəm ki, Netanyahunun Azərbaycana gözlənilməz və ani səfər qərarı, bundan sonra faktiki olaraq Suriyada Türkiyə ilə İsrail arasında qarşıdurmanın yaşanması məqsədyönlü addım idi”.

COP29 zamanı da İsrail prezidenti İsaq Hersoqun səfərinin elan oldunğunu, lakin sonradan bu səfərin də baş tutmadığını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, nəticə etibarilə bunun İsrail tərəfindən bilərəkdən atılan addım olduğunu demək olar:

“Mən Netanyahunun səfərinin təxirə salınmasına görə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin pisləşəcəyinə gətirib çıxaracağını düşünmürəm. Məsələ burasındadır ki, mən burada İsrail tərəfinin daha çox Azərbaycanla Türkiyə münasibətlərini pozmaq istəyi olduğunu düşünürəm. Əslində hadisələrin əvvəlinə baxmaq lazımdır.

İlk öncə birdən-birə Suriyadakı druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi fonunda yerli camaatla duruzilər arasında qarşıdurma yarandı. Sonra da onlara müdaxilə etmək istəyən Suriya qüvvələri ilə silahlı druzlar arasında qarşıdurma yaşandı. Bundan sonra da İsrail tərəfi druzların müdafiəsinə qalxaraq paytaxt Dəməşq də daxil olmaqla, ətraf ərazilərə zərbələr endirməyə başladılar.

Bura qədər hər şey aydındır. Amma bunu sadəcə İsrail tərəfi bəhanə kimi istifadə etdilər. Həmin vaxt da İsrail türkmənlərin “Sultan Murad” və “Süleyman Şah” briqadalarına zərbələr endirdilər. Belə olan halda da, Türkiyə artıq təyyarələri havaya qalxdı və az qala İsraillə Suriya səmasında birbaşa qarşıdurma yaşandı. Bu insidentdən sonra isə Türkiyə tərəfi öz hava məkanını İsrail üçün bağladığını elan etdi və Netanyahu da Azərbaycana səfərini ləğv etdi

Turan Rzayev: “Azərbaycan və Türkiyəni bir-birinə bağlayan bağlar çox möhkəm və qırılmazdır”.

Hesab edirəm ki, Netanyahunun Azərbaycana gözlənilməz və ani səfər qərarı, bundan sonra faktiki olaraq Suriyada Türkiyə ilə İsrail arasında qarşıdurmanın yaşanması məqsədyönlü addım idi. Yəni böyük ehtimalla bu İsrail tərəfindən planlanmışdı. Düşünürəm ki, bununla İsrail bununla Türkiyə ilə Azərbaycan arasında münasibətləri pozmağa və yaxud soyuqluq yaratmağa çalışdı. Amma bu baş vermədi. Çünki Azərbaycan və Türkiyəni bir-birinə bağlayan bağlar çox möhkəm və qırılmazdır. Çünki COP29 zamanı da İsrail prezidenti İsaq Hersoqun səfəri baş tutmalı idi, lakin son anda bu səfər baş tutmamışdı. Onda da İsrail tərəfi Türkiyə səmasının İsrail təyyarələri üçün bağlı olduğunu əsas gətirmişdi. Yəni nəticə etibarilə bu addımlar tətkararlanır və bir daha qeyd etmək istərdim ki, elan olunan və sonradan ləğv olunan səfərlər Bakı ilə Ankara arasında ayrılıq toxumu səpmək cəhdindən başqa bir şey deyil.

Onu da qeyd edim ki, Suriyada druzlara dəstək olan, onları mərkəzi hökumətə qarşı körükləyən əsas qüvvə məhz İsraildir. Qeyd edim ki, bu gün İsrailin özündə belə 100 mindən çox druz yaşayı və bu insanlar faktiki olaraq ənənəvi islam dininə müxalif olan ismayilli məzhəbinə aid olan Suriya ərəbləridir. Bütün bunlara baxıb deyə bilərik ki, İsrail məqsədyönlü druzlardan Suriyaya və Türkiyəyə qarşı istifadə etməyə çalışır və bu da regionda gərginliyi artıran faktordur.

Nəzərə almaq lazımdır ki, İshaq Hersoqun səfəri baş tutmayanda Türkiyə ilə Azərbaycan arasında müəyyən bir soyuqluq yaranmışdı. Sonradan bu aradan qaldırıldı. Görünür ki, yəhudilər bunu təkrarlamaq istəyiblər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
0
poliqon.info

1Источники