RU

AİB enerji keçidində rolunu gücləndirmək niyyətindədir - Vitse-prezident

Milan: Trend:

Asiya İnkişaf Bankı (AİB) Asiyada təmiz enerjiyə keçididəstəkləməyə dair öhdəliyini gücləndirir, diqqətini bərpa olunanenerji mənbələrinə, enerji saxlama sistemlərinə və enerjiinfrastrukturunun inkişafına yönəldir.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Yaxın Şərq, Cənub-Şərqi Asiya və Sakit Okean regionu üzrəvitse-prezidenti Skott Morris AİB-in 58-ci illik iclasının bağlanışsessiyasında deyib.

Onun sözlərinə görə, AİB-in energetika sahəsinə investisiyayanaşması getdikcə daha çox özəl sektor tərəfdaşlıqlarına əsaslanırki, bu da maliyyə və innovasiyaların səfərbər edilməsinə imkanyaradır:

“Artan enerji tələbatının ödənilməsi üçün bərpa olunan enerjisahəsində böyük öhdəliklərin həyata keçirilməsi üzrə artıqtəcrübəmiz var. Uğurlu nümunələrə və hələ də sınaqdan keçirdiyimizinnovativ modellərə sahibik, xüsusilə özəl sektorun iştirakı iləinvestisiyaları təşviq etmək üçün qarışıq maliyyələşdirməmexanizmlərindən istifadə edirik”.

Morris əlavə edib ki, enerji keçidinin əsasları artıq uzunmüddətdir məlum olsa da, bu gün diqqət daha çox strukturproblemlərin səmərəli ötürmə infrastrukturunun çatışmazlığı vəenerji saxlama güclərinin olmaması kimi məsələlərin həllinəyönəlib.

“Bizə səmərəli elektrik ötürmə sistemləri lazımdır və bərpaolunan enerji mənbələrinin enerji sisteminin əsasını təşkil etməsiüçün enerji saxlama həlləri də vacibdir. Hazırda bu məsələlərə dahaçox diqqət yetirilir”, - deyə o vurğulayıb.

O, həmçinin, regional əməkdaşlığın və ümumi enerji bazarlarınınyaradılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, bu yanaşmamiqyaslı, səmərəli və dayanıqlı enerji inkişafına töhfəverəcək.

“Hər bir ölkənin bərpa olunan enerjiyə olan tələbatını ödəməyinən yaxşı yolu regional bazar yaratmaqdır. Bu, təkcə enerjiçatışmazlığını aradan qaldırmağa yox, həm də iqtisadi artım vətərəqqiyə təkan verəcək”, - deyə Morris qeyd edib.

AİB rəhbərliyi, həmçinin, texniki və institusional maneələrinaradan qaldırılması üçün maliyyə yatırımları və siyasi dialoq tələbedən kompleks regional təşəbbüsləri dəstəkləməyə hazır olduqlarınıtəsdiqləyib.

Избранный
0
1
az.trend.az

2Источники