RU

Ronaldonun oğlu Portuqaliya yığmasına dəvət aldı

“Əl-Nəsr”in kapitanı, 40 yaşlı portuqal ulduz hücumçu Kristiano Ronaldonun oğlu Portuqaliyanın U-15 yığmasına dəvət alıb.

Arena.az məlumat verir ki, Ronaldo-kiçik üçün bu çağırış təzə-təzə qədəm qoyduğu futbolçu karyerasında bir ilkdir.

Bala Ronaldo Portuqaliyanın yeniyetmələrdən ibarət U-15 yığmasının heyətində Xorrvatiyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcək.

Portuqaliyalı yeniyetmələr yarış çərçivəsində ilk mərhəldə Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə mübarizə aparacaqlar.

Xatırladaq ki, Ronaldo-kiçik “Əl-Nəsr”in uşaqlardan ibarət komanasında çıxış edir. Əvvəllər isə Ronaldonun oğlu “Posuelo”, “Yuventus” və “Real”ın futbol akademiyalarından keçib.

Избранный
0
arena.az

1Источники