RU

Döş sümüyü arxasında ağrı: hansı həkimə getməli?

Həftədə iki dəfədən çox yaranan qıcqırma (yanğı) və döş sümüyü arxasında hiss edilən ağrılar gastroezofageal reflüks xəstəliyindən (GERX) xəbər verə bilər.

Far.Az xəbər verir ki, qida borusu ilə mədə arasında yerləşən və geri axına mane olan sfinkter zəiflədikdə, mədə turşusu qida borusuna keçərək bu narahatlıqlara səbəb olur. Qastroenteroloq Vladimir Loginovun sözlərinə görə, GERX dünya üzrə hər səkkizinci insanda müşahidə olunur.

Əsas risk faktorlarına siqaret çəkmə, 2-ci tip şəkərli diabet və artıq çəki daxildir. Məsələn, çəkisi normadan artıq olan insanlarda reflüks riski 57%, piylənməsi olanlarda isə 115% artır. GERX-in əsas əlamətləri arasında yanğı, turş dadlı geğirmə, udma zamanı ağrı, döş sümüyü arxasında ağrı və hətta xroniki öskürək yer alır. Bəzi hallarda xəstəliyin yeganə əlaməti də öskürək ola bilər.

Reflüks, həmçinin səsdə batma, boğazda qıcıqlanma və diş minasının zədələnməsi ilə də müşayiət oluna bilər. Vaxtında həkimə müraciət edilməzsə, xəstəlik qida borusunda iltihaba və daha ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda qastroenteroloqa müraciət etmək mütləqdir.

Избранный
0
far.az

1Источники