RU

IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə mayın 18-də IV, mayın 19-da isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək.

Bu barədə News365.az-a MÜTDA-dan xəbər verilib.

Bildirilib ki, monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Избранный
0
28
news365.az

10Источники