RU

Sabahdan şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq

17 və 18 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

MÜTDA-dan APA-ya verilən məlumata görə, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 8 may saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Избранный
0
28
apa.az

10Источники