RU

Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

IV və VI siniflər üzrə şagird yerdəyişməsi sabahdan müvəqqəti dayandırılır.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 17 may tarixində IV, 18 may tarixində isə VI sinif şagirdləri üçün ölkə üzrə monitorinqlər keçiriləcək.

Monitorinqə hazırlıq prosesinin şəffaf və fasiləsiz təşkili məqsədilə 8 may saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra qeyd edilən siniflər üzrə şagird yerdəyişməsi yenidən aktiv ediləcək.

Избранный
0
22
report.az

10Источники