RU

Xətaidə "Qərbi Azərbaycana qayıdış” adlı dəyirmi masa - Foto

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” adlı dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu Öndərin Xətai rayonunda ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

YAP Xətai rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəsi Elxan Qəmbərov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, 138 saylı tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli, şəhid atası, Xətai Rayon Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov və Xətai Bələdiyyəsinin məsul əməkdaşı Rövşən Məmmədov Qərbi Azərbaycana qayıdış məsələsinin bizim strateji hədəfimiz olduğunu deyiblər. Vurğulanıb ki, Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Çıxışlarda qeyd olunub ki, şanlı Zəfərimiz bütün Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışına inamını daha da artırıb.

Избранный
0
3
axar.az

4Источники