RU

Rusiyalı turist Türkiyədə qadağan olunmuş əraziyə GİRDİ

Rusiyalı turist Türkiyənin Bartın vilayətində qayıqla qadağan olunmuş Tavşan adasına daxil olub.

“Busaat.az” bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, Qədim Bizans kilsəsi və monastır xarabalıqları ilə tanınan ada qorunan ərazi statusuna malikdir.

Kanoesini sahildə qoyaraq adanın zirvəsinə çıxan şəxsi görən vətəndaşlar dərhal sahil mühafizəsinə məlumat verib. Hadisə yerinə göndərilən təhlükəsizlik qüvvələri şəxsi saxlayıb.

Məlum olub ki, saxlanılan şəxs bölgəyə turistik gəmi ilə gəlmiş rusiyalıdır.

Turist və kanoesi təhlükəsizlik qaydalarına uyğun şəkildə sahilə qaytarılıb.

Nərmin Səmidova

Busaat.az

Избранный
0
busaat.az

1Источники