RU

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi


Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sənədə əsasən, lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.

Belə ki, lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı genişləndirilir.

Mövcud qanunvericiliyə əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı lisenziya tələb olunan fəaliyyət növü hesab olunur. Dəyişikliklə sözügedən maddə yeni redaksiyada verilib və yanacaqdoldurma və qaz təchizatı obyektləri nin quraşdırılması və istismarı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı daxil edilib.

"Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir. Belə ki, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün dövlət rüsumu 1 100 manat, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün dövlət rüsumu isə 2 500 manat olacaq.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Избранный
0
34
baki-xeber.com

10Источники