RU

3 investisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi - ARTIB

Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin dinamikası açınlayıb.

FED.az xəbər verir ki,  dövlət istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 6,4 dəfə və ya 2,5 milyard manat artıb.

"Paşa Kapital İnvestisiya Şirkəti"-nin dövlət istiqrazları üzrə dövriyyəsi 81% və ya 1,4 milyard manat yüksəlib.

"Capital Partners İnvestisiya Şirkəti"nin dövlət istiqrazları üzrə dövriyyəsi 65% və ya 12,5 milyon manat artıb.

Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 12,4 dəfə və ya 146,1 milyon manat olmaqla "CFI Financial İnvestisiya Şirkəti" olub.

Избранный
0
fed.az

1Источники