Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" kanalının məşhur jurnalisti Fulya Öztürkə mükafat verib.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Prezidentinin sarayında Anadolu Media Mükafatları mərasimi keçirilib.
Tədbirdə ölkənin tanınmış media nümayəndələri və jurnalistləri iştirak ediblər. Ərdoğan qaliblərə mükafatları şəxsən təqdim edib.
Bu il “İlin müxbiri” nominasiyası üzrə qalib Fulya Öztürk olub. “İlin kanalı” mükafatı da "CNN Türk"ə verilib.