Yeni mövsümdən Premyer Liqa klublarına ayrılacaq dövlət dotasiyasının azalmasından ən çox əziyyət çəkəcək klub "Şamaxı" olacaq.
Hazırkı reallıq belə düşünməyə əsas verir.
Hətta Birinci Liqadan elitaya yüksələn "Qəbələ", "Karvan" və "İmişli" klublarının belə əlavə maliyyə mənbələri var.
Əbəs deyil ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov indidən həyəcan siqnalını səsləndirib.
Axı onun çiyinlərində klubla bərabər gənclər millimizin də yükü var.
Bölgə klubunun rəsmiləri sponsor tapmaqda çarəsizdir. Heç kim bu kluba görə əlinin daşın altına qoymaq istəmir.
Belədə AFFA rəhbərliyi də yaxasını kənara çəkməli deyil.
Hansısa formada kluba dəstək göstərməlidir.
Məsələn, federasiya balansında olan Şamaxı şəhər stadionunda işıqlandırma problemini həll edə bilər. Az məbləğ deyil. Klub da azad olacağı həmin xərci transferlərə yönəltmiş olar.
Təbii ki, kimsə dəmir ki, federasiya klubun büdcəsinə pul yardımı etsin.
Bu etika sayılmaz. Həm də digər klublara qarşı haqsızlıq olar.
Amma əli bir çox şirkətlərə, təşkilatlara çatan AFFA rəhbərliyi onların əli ilə də yardım edə bilər.
Məsələn, hansısa şirkətin, təşkilatın klubu idman geyimi ilə təmin etməsinə vasitəçilik edə bilər.
Siyahını uzatmaq da olar. Yetər ki, buna cəhd və istək olsun.
XANOĞLAN İMANOV