RU

"Qalatasaray"ın sabiq futbolçusu həbs OLUNDU – FOTO/VİDEO

Türkiyənin tanınmış keçmiş futbolçusu, "Qalatasaray" klubunun sabiq hücumçusu Ümit Karan barəsində çıxarılmış 1 il 8 ay həbs cəzası Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

Bizim.Media xəbər verir ki, o, bu gün Bakıırköy Ədliyyəsinə gələrək Metris həbsxanasına göndərilib.

Nə baş vermişdi?

Hadisə 2015-ci ildə baş verib. İddialara görə, Ümit Karan o vaxt yaşadığı binanın mühafizəçisi İ.A.-ya qarşı "sadə cinsi təcavüz" törədib. Onun barəsində 5 ilə qədər həbs cəzası tələbi ilə məhkəmə işi açılmışdı.

Bakıırköy 37-ci Cəza Məhkəməsi ilkin mərhələdə sübutların yetərli olmaması səbəbilə Ümit Karanın bəraətinə qərar vermişdi. Lakin zərərçəkənin vəkili bu qərara etiraz edərək işi apellyasiya məhkəməsinə göndərib.

“Heç kimə pislik etməmişəm” – Karanın müdafiəsi

İstanbul Bölgə Apellyasiya Məhkəməsi 20-ci Cəza Dairəsində keçirilən iclasda Ümit Karan özünü müdafiə edərək belə deyib:

“Mən bu ölkəyə xidmət etmişəm, həyatım boyu heç kimə pislik etməmişəm. Mən Atatürkçüyəm. Əgər mənə Atatürkçü olduğuma görə cəza verəcəksinizsə, bunu qəbul edirəm.”

Hakim Ersoy Yüce bu sözlərə cavab olaraq soruşub: “Atatürkçülərə cəzamı verilir?

Karanın vəkili isə vəziyyəti yumşaldaraq bildirib ki, "Başqa bir şey demək istəyirdi."

Karan müdafiəsində həmçinin bildirib:

“Mən 'Survivor-da qadınlarla yanaşı oldum, amma heç bir pis hərəkət etmədim. Günahsızam, bəraət istəyirəm.”

Məhkəmə qərarı və həbs

Ancaq Apellyasiya Məhkəməsi bəraət qərarını ləğv edərək, Karanı “sadə cinsi təcavüz” ittihamı ilə 1 il 8 ay həbs cəzasına məhkum etdi.

Daha sonra iş Ali Məhkəməyə göndərildi və bu qərar təsdiqləndi. Beləliklə, cəza qüvvəyə mindi.

Kimdir Ümit Karan?

Ümit Karan 2001-ci ildə “Gençlerbirliği” klubundan 2.5 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunub və 4 il klubun formasını geyinib. 2011-ci ildə “Eskişehirspor” klubunda futbol karyerasını başa vurub.

Milli komandada da çıxış etmiş futbolçu 10 dəfə Türkiyə millisində forma geyinmiş, 3 qola imza atmışdı. Karyerasını bitirdikdən sonra məşqçi, idman direktoru və futbol şərhçisi kimi fəaliyyət göstərib.






Bizim.Media

Избранный
0
bizim.media

1Источники