2025-ci il aprel ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 37 milyard 293.1 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 1.4% və ya 543.9 milyon manat azalıb.
Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 3.3% və ya 762.7 milyon manat azalaraq 22 milyard 549 milyon manat, fiziki şəxslərin depozitləri isə 1.5% və ya 218.7 milyon manat artaraq 14 milyard 744.1 milyon manat təşkil edib.