"Herta" klubu futbolçusu Fabian Reze ilə ömürlük müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, Berlin təmsilçisi 27 yaşlı vingerin karyerasını bitirdikdən sonra klubda idarəçi kimi işləməyini istəyir.
Bu barədə "Kicker" məlumat yayıb.
Reze 2023-cü ildən "Herta"da çıxış edir. O, cari mövsüm Bundesliqa 2-də 16 oyuna çıxıb və 10 qol vurub.