RU

Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

Bakı, 7 may, AZƏRTAC

Milli Kitabxanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev” adlı virtual sərgi və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat yolundan, ictimai, siyasi fəaliyyətindən bəhs edən Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Ənənəvi sərgidə isə Heydər Əliyev irs, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotoalbomlar nümayiş olunur.

Избранный
0
azertag.az

1Источники