RU

DİM-dən keçirilmiş imtahanlarla bağlı

“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bütün imtahanlar statistik cəhətdən təhlil olunur və “Abituriyent” jurnalının 12-ci sayında ictimaiyyətə təqdim ediləcək”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, hazırda 2023-cü ildə keçirilmiş bütün imtahanlar — magistratura, rezidentura, qəbul və buraxılış imtahanları üzrə elmi-statistik təhlillər DİM-in rəsmi saytında yerləşdirilib. “2024-cü il üzrə təhlil isə yaxın vaxtlarda yekunlaşacaq və ənənəvi olaraq “Abituriyent” jurnalının 12-ci buraxılışında dərc olunacaq. 2025-ci ildə isə imtahanlar hələ keçirilmədiyindən, statistik təhlil yalnız imtahanlar və qəbul kampaniyası başa çatdıqdan sonra aparılacaq”, - deyə X.Xanlarzadə əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
0
1
metbuat.az

2Источники