RU

Balıq tutmaq istəyirdi, “tok” vurub öldürdü

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədilə Lənkəran çayına gedib.

O, balıq tutmaq istəyərkən tilovun ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində ölüb.

Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov

Избранный
0
qafqazinfo.az

1Источники