RU

Paraüzgüçümüz Parisdəki Dünya Seriyasında şəxsi rekordunu yeniləyib

Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Parisdə keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.

İdman. biz xəbər verir ki, paralimpiyaçı (S10) qarışıq kateqoriyalardan olan gənc paraüzgüçülər ilə birlikdə çıxış etdiyi 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1:00.90, 100 metr məsafəyə kəpənək üsulla üzməkdə isə 1:04.60 nəticə göstərərək şəxsi rekordunu yeniləyib.

Mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatan Vəliyev həmçinin ilk dəfə beynəlxalq yarışda 400 metr məsafəyə sərbəst üsulda gücünü sınayıb.

İdman.biz

Избранный
0
5
idman.biz

7Источники