RU

Erməni lobbisi ABŞ-da Türkiyə və Azərbaycana qarşı: QƏTNAMƏ

24 apreldə ənənəvi olaraq ABŞ-da növbəti dəfə qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşləri olub. Yürüşün sabahı günü Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirildi.

Aksiya iştirakçılarının əsas şüarı bu olub:"1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir".

Adalet.az xəbər verir ki, Vaşinqton Şəhər Şurası yekdilliklə Erməni Soyqırımının 110-cu ildönümünü qeyd edən qətnamə qəbul edib və bu cür hadisələrin təkrarlanmaması üçün gələcək nəsillərin maarifləndirilməsinin vacibliyini bir daha təsdiqləyib.
Bu fikirlər  Amerika Erməni Milli Komitəsinin (ANCA) bəyanatında yayılıb:


"Biz bu təşəbbüsə rəhbərlik etdiyinə görə Kolumbiya Şəhər Şurasının üzvü Çarli Allenə və onun yekdilliklə qəbul edilməsinə görə bütün Kolumbiya Şəhər Şurasının üzvünə dərin təşəkkürümüzü bildiririk. Bu, Kolumbiya dairəsinin tarixin sağ tərəfində olduğunun başqa bir nümunəsidir. İnsan hüquqlarına hörmət edən qlobal bir şəhər olaraq, biz Soyqırımı tanımağa davam etməliyik və bu təşəbbüsün ictimaiyyətə açıqlanmasını təmin etməliyik. Dövlət Təhsil Nəzarəti İdarəsi Erməni Soyqırımı ilə bağlı təhsilə ciddi yanaşır”, – Kolumbiya Qonşuluq Məsləhət Komissiyasının (ANC) sədri Metyu Girardi bildirib.
Qeyd edək ki, 2021-ci ildə ABŞ-ın eks prezidenti Co Bayden saxta erməni soyqırımını tanıdığını dedikdən sonra ABŞ-n bütün ştatlarında da erməni soyqırımı rəsmən tanındı.

 Əntiqə Rəşid

Избранный
0
adalet.az

1Источники