Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Apasport.az xəbər verir ki, 5-7 may tarixlərini əhatə edən toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur.
Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 31 may-1 iyunda Avstriyanın Qraz şəhərində və 21-22 iyunda Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.
Qubada keçirilən Avropa Kubokuna yekun vurulub
Elcan Hacıyev qızıl medal qazanıb
Hidayət Heydərov ustad dərsi keçir
“Böyük Dəbilqə”: 3 cüdoçumuz finalda
Qubada cüdo üzrə Avropa kubokuna bu gün yekun vurulacaq