RU

Ayan Xankişiyeva Beynəlxalq Sertifikasiya Proqramını uğurla tamamlayıb - FOTO

Ayan Xankişiyeva Olimpiya Həmrəyliyi Fondunun maliyyələşdirdiyi, Azərbaycan Milli Olimpiya Komitəsinin vasitəçiliyi ilə ABŞ Olimpiya və Paralimpiya Komitəsi tərəfindən həyata keçirilən Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramını (ICECP) uğurla tamamlayıb.

İdman.biz xəbər verir ki, Ayan xanım, 2024-cü il aprelin 8-dən etibarən ABŞ-ın müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq təlim sessiyalarında iştirak edib.

O, ICECP çərçıvəsində təhlükəsiz idman (Safe Sport) üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi olub.

İdman.biz

Избранный
0
3
idman.biz

4Источники