Hindistan iqtisadiyyati və hərbi sənayesinin inkişafı millətçi N.Modini Pakistana qarşı hərbi əməliyyatlar keçirməsinə sövq edib. Həmçinin Pakistan və Çin əlaqələrinə zərbə vurmağa çalışır. Bununla regionda öz mövqeyini gücləndirməklə, beynəlxalq aktor olmağı hədəfləyir. Bunun üçün Pakistan üzərində hərbi qələbəni təmin etməyə çalışır. Amma, baş verəcək müharibə hər iki tərəfin üstünlük əldə etməsinə gətirib çıxarmayacaq. Əgər, Hindistan Pakistana qarşı quru əməliyyatları həyata keçirərsə, müəyyən ərazilərdə irəliləyişlər əldə edərsə, Çin müharibəyə qarışa bilər. Qeyd edim ki, Pakistanın paytaxtı strateji yerde deyil, Kəşmirin yaxınlığında yerləşir. Bu da Hindistana birbaşa paytaxtı vurmaq imkanı verir. Hindistan Pakistan müharibəsində dağa çox Rusiya maraqlı görünür. Bunun üçün Hindistana ciddi dəstək verir. Yeni müharibə diqqəti bu Rusiya-Ukrayna müharibəsindən yayındıracaq.
Hindistan Pakistana geniş miqyaslı hərbi əməliyyatlardan çəkinir. Çünki müharibə olacağı təqdirdə Hindistanın qonşuları Pakistanı dəstəkləyəcək. Hindistan demək olar ki, bütün qonşuları ilə problem yaşayır. Çin və Türkiyə bu müharibədə Pakistanın məğlub olmasına imkan verməyəcək".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта