RU

Lənkəranda balıqçını "tok" vurub öldürdü

Ajans.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib. Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Избранный
0
14
Ajans.az

10Источники