RU

Hindistanın haqsız iddialarına Pakistandan SƏRT CAVAB – Böyük savaş ALOVLANIR

Hindistanla Pakistan arasında aprelin sonlarına doğru yaranan gərginlik artıq demək olar ki, müharibə müstəvisinə keçir.

Nə baş verir?

Belə ki, Hindistanın dünən Pakistanın 3 şəhərinə endirdiyi zərbələr nəticəsində Pakistanda 26 nəfər ölüb, 46 nəfər isə xəsarət alıb.

Buna cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Hindistanın 5 qırıcı təyyarəsini vurub.

"Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki "Rafale” və Rusiya istehsalı olan bir "Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, məlumatda bildirilib.

Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.

Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini bildirir.

Xatırladaq ki, aprelin 23-də Hindistanda “kiçik İsveçrə” kimi tanınan məşhur turizm məkanı Pahalqamda baş verən terror hadisəsi nəticəsində 26 nəfər həlak olub. Bu hadisə isə Dehli ilə İslamabad arasında münasibətlərin yenidən kəskinləşməsinə gətirib çıxarıb.

Proseslər necə cərəyan edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, nə qədər gec deyil, Hindistan mövqeyindən çəkinməli, ölkəsində müsəlmanların statusu ilə bağlı götürdüyü öhdəliklərə əməl etməlidir:

“Hindistan aqressor ölkə kimi davranır. Qonşu ölkənin ərazisinə hücum edir. Belədə onlar beynəlxalq hüququ pozurlar. Eyni zamanda, Dehli Hindistanda yaşayan müsəlmanlara qarşı şaquli assimilyasiya siyasəti, onlara qarşı dövlət dəstəkli terror həyata keçirir. Bütün bunlar beynəlxalq hüquqa, dövlətlərarası münasibətlərə ziddir.

Hindistanın hərəkətləri həmçinin BMT-nin Kəşmir və Cammu ilə bağlı qəbul etdiyi qətnaməyə ziddir. Birinci Hindistan Pakistan savaşı sonrası əldə olunan atəşkəslə qərara alındı ki, sonrakı mərhələdə Hindistanda yaşayan müsəlmanların status ilə bağlı məsələlər müzakirə ediləcək. Dehli ötən müddətdə heç zaman Pakistanla bu məsələni müzakirə etmədi.

Pakistanın Hindistan tərəfindən müsəlmanlara qarşı törədilən assimiliyasiya siyasətinə qarşı haqlı mövqe ortaya qoyduğu bir zamanda Dehli həyasızcasına müharibəyə əl atır. Bu prosesdə Fransa silahlarının iştirak etməsi isə mümkün müharibənin miqyasını daha da genişləndirir”.

ABŞ da prosesə qoşulsa...

H.Babaoğlu düşünür ki, hazırda Qlobal cənub dünya siyasətində yeni parlayan ulduz kimi çıxış etməkdədir:

“Belə olan halda Qlobal cənubda yeni güc balansının yaranması və onun necə olacağı sözsüz ki, bütün dünyanın marağındadır. Hadisələr bir qədər də kəskinləşərsə, prosesə ABŞ da cəlb olunarsa, Çindən Türkiyəyə qədər bütün ölkələrin də burada müəyyən mövqeyi olacaq. Ona görə nə qədər gec deyil, Hindistan mövqeyindən çəkinməli, ölkəsindəki müsəlmanların hüquqlarını tanımalı, onların status ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Rüfət Sultan, Bizim.Media

Избранный
0
bizim.media

1Источники