RU

ÇL: “İnter” - “Barselona” matçında qol rekordu təkrarlandı

Artıq məlum olduğu kimi, “İnter” UEFA Çempionlar Liqasının (ÇL) yarımfinalında “Barselona”nı mübarizədən kənarlaşdırıb.

Arena.az məlumat verir ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanıb.

Əlavə edək, “İnter” birinci hissədə 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesablı məğlub vəziyyətə düşüb, 90+3-cü dəqiqədə bərabərliyi yaxalayıb, əlavə vaxtın birinci hissəsində isə qələbə qolunu “blauqrana”nın qapısından keçirib.

Bu cütün hər iki oyununda ümumilikdə 13 qol vurulub. Müvafiq nəticə 2017/2018-ci illər mövsümü Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul” – “Roma” (5:2, 2:4) cütünün 13 qolluq nəticəsinin təkrarlanmasıdır.

ÇL-in finalına yüksəlmiş “İnter” həlledici oyunda bu gün keçiriləcək PSJ – “Arsenal” (ilk oyun 1:0) cütünün qalibi ilə qarşılaşacaq.

Cari mövsümdə “trebl” imkanından məhrum olmuş “Barselona” isə ümidlərini növbəti mövsümə bağlamalı olub.

Избранный
0
arena.az

1Источники