Rusiyanın paytaxtı Moskvada mobil internet xidmətləri ciddi şəkildə pozulub.
News365.az-ın məlumatına görə, pilotsuz uçuş aparatları (PUA) hücumlarının artması və 9 May Qələbə Günü öncəsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən şəhərdə mobil operatorlar üzərindən göstərilən xidmətlərdə fasilələr yaranıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi 5 mayda verdiyi açıqlamada internetin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.
Mobil internetin zəifləməsi bankomatların, taksi və kuryer xidmətlərinin iflic olmasına səbəb olub.