RU

Flik: “İnter” güclü rəqibdir, amma hakimin qərarları…”

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, evdə 3:3 hesablı heç-heçəni qopara bilmiş “blauqrana” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 3:4 (əsas vaxt 3:3) hesabı ilə uduzub.

Əlavə edək, Flikin “Barselona”sı birinci hissədə 0:2 hesabından geri-dönüş edərək 3:2 hesablı üstünlük yaxalasa da, 90+3-cü dəqiqədə buraxdığı qolla əlavə vaxta sürüklənib və daha bir “yeyərək”, mötəbər yarışla vidalaşmalı olub.

Flik qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən pərişanlıq duyuram, amma oyunçularımızın oyunu və səylərinə görə deyil. Onlar mümkün hər bir xüsusu icra etdilər, nə var – odur. Təəssüf ki, biz kənarlaşdırıldıq, amma növbəti mövsümdə qayıtmağa çalışacağıq. Bütün klub və onun pərəstişkarları buna layiqdirlər.

“İnter” də güclü komandadır, onların işi təqdirəlayiqdir. Onlar müdafiədə çox yaxşı təşkilatlanıblar, təhlükəli hücumçulara malikdirlər, topla yaxşı davranırlar və fəaliyyətlərini dərhal icra səviyyəsinə çatdırırlar.

Oyunda bir neçə mübahisəli məqam yaşandı, qərarlar isə həmişə “İnter”in xeyrinə verildi. Futbol belədir – bunu qəbullanmaq gərəkdir. Mən isə komandamla qürur duyram. Bəzən elə gəlir ki, hakim ədalətsiz qərarlar qəbul edir, amma biz növbəti mövsümdə hər şeyi yenidən başlamağa can atmalıyıq.

Mən, əlbəttə, hakimin qərarları haqda düşünürəm, amma bu barədə danışmaq istəmirəm. Bu, mənim əla çalışıb-vuruşmuş komandama münasibətdə ədalətsiz olardı. Hakim haqda danışmaq mənim xoşuma gəlmir. Mən ona, nə düşündüyümü dedim, amma bunu ictimai surətdə səsləndirmək niyyətində deyiləm”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

Beləliklə, cari mövsümdə “trebl” imkanından məhrum olmuş “Barselona” ümidlərini növbəti mövsümə bağlamalı olub.

Finala yüksəlmiş “İnter” həlledici oyunda bu gün keçiriləcək PSJ – “Arsenal” (ilk oyun 1:0) cütünün qalibi ilə qarşılaşacaq.

Избранный
0
arena.az

1Источники