Azərbaycanda 445 meqavat gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının və 315 meqavat gücündə “Neftçala” Elektrik Stansiyasının işə salınması gələn ilə nəzərdə tutulub. Bunu “Masdar” şirkətinin MDB üzrə biznesin və investisiyaların inkişafı departamentinin rəhbəri Məryəm Rəşid Əl-Mazrui Asiya İnkişaf Bankının Milanda keçirilən 58-ci illik iclasında bildirib.
O deyib: “Hər iki stansiya inşa mərhələsindədir və onların işə salınması gələn ilə planlaşdırılır. Biz Bakıda COP29 zamanı elan etdiyimiz maliyyə bağlanmasına nail olduq. Onların tamamlanması, təxminən, bir il və ya bir il yarım çəkəcək. Buna görə də buraxılış gələn ilin əvvəlində baş tuta bilər. Onlar tam gücü ilə istifadəyə veriləcək”.
Məryəm Raşid Əl-Məzrui çıxışında “Masdar” şirkətinin Azərbaycanda yüksək fəallıq nümayiş etdirdiyini də vurğulayıb.
XQ