Pakistan ordusu Hindistanı Kəşmirdəki Neelum-Jhelum su elektrik stansiyasına hücumda ittiham edib.aia.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimai Əlaqələr Departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat yayıb. Mayın 7-nə keçən gecə Hindistan "Sindoor" əməliyyatı çərçivəsində Pakistanın nəzarətində olan ərazilərə bir sıra raket zərbələri endirib. aia.az