RU

"Sabah" FK Azərbaycanın U-16 millisinə futbolçu göndərməyib? - AÇIQLAMA

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 5-dən 13-ə kimi Bakıda təlim-məşq toplanışı keçirəcək.

Millinin baş məşqçisi Aqil Nəbiyevin dəvət etdiyi futbolçular arasında "Sabah" Futbol Klubundan heç kimin olmaması böyük marağa səbəb olub. 

Mətbuatda "Sabah" klubunun U-16 millisinə futbolçu göndərmədiyi yazılıb.

"Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Operativ Media-ya açıqlamasında bunu inkar edib.

O, kluba rəsmi müraciət daxil olmadığını bildirib.

"U-16 milli komandasına futbolçuların cəlb olunması ilə bağlı "Sabah" Futbol Klubuna heç bir rəsmi müraciət daxil olmayıb.

"Sabah" Futbol Akademiyası fəaliyyət göstərdiyi müddət ərzində bütün yaş qrupları üzrə müxtəlif milli komandalara çoxsaylı futbolçular göndərib və bu proses hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib. 

Uşaq futbolunun inkişafı və gənc futbolçuların yetişdirilməsi "Sabah" Futbol Klubunun əsas strateji hədəflərindəndir. Bu istiqamətdə görülən işlər davamlıdır və milli komandalara futbolçu vermək bizim üçün hər zaman qürur mənbəyi olub.

Eyni zamanda, "Sabah" Futbol Klubu olaraq Azərbaycan çempionatına və burada keçirilən bütün yarışlara yüksək dərəcədə hörmətlə yanaşırıq. Daxili yarışların keyfiyyətinin və rəqabətliliyinin artırılması ölkə futbolunun inkişafı üçün əsas şərtlərdən biridir və klubumuz bu baxışa sadiqdir".

Избранный
0
operativmedia.az

1Источники