RU

"Barselona" 12 ildə ilk dəfə ÇL-in bir mərhələsində 7 qol buraxıb

"Barselona" Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı iki oyunda 7 qol buraxıb...

Poliqon xəbər verir ki, Kataloniyada baş tutan ilk görüş 3:3, Milanda keçirilən cavab matçı əlavə vaxtda ispanların 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kataloniya klubunun futbolçuları 2013-cü ildən bəri ilk dəfədir ki, avrokubokların pley-off mərhələsində bu qədər çox qol buraxır. 2012/13 mövsümündə "Barselona" Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya ümumi 0:7 (0:4 və 0:3) hesabı ilə uduzub.

Koronavirus pandemiyası səbəbindən formatı dəyişdirilən 2019/20 mövsümündə Çempionlar Liqasının 1/4 finalında "Barselona" Münhen klubuna 2:8 hesabı ilə uduzub. Lakin həmin mövsüm qarşıdurmaların nəticəsini bir matç həll edirdi.

Çempionlar Liqasının 2024/25 mövsümünün finalına yüksələn "İnter" final oyununda PSJ (Fransa) - "Arsenal" (İngiltərə) matçının qalibi ilə qarşılaşacaq.

Poliqon.info

Избранный
0
poliqon.info

1Источники