Bakı. Trend:
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsizyaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində mayın6-da Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər AlmaniyaFederativ Respublikasından geri qəbul edilib.
Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumatverilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyətiəlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindənibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan AzərbaycanRespublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərinoperativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlısosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətindəmüvafiq tədbirlər həyata keçirir.