RU

Hindistan Pakistandakı mülki hədəflərə zərbələr endirib - diplomatik mənbə

Bakı. Trend:

Hindistan Pakistan və Azad Kəşmirdə məscidlər də daxil olmaqlabir neçə mülki hədəfə zərbələr endirib.

İslamabaddakı diplomatik mənbədən Trend-ə verilən məlumata görə, Hindistan HərbiHava Qüvvələri Pakistana uzaqmənzilli raketlər atıb.

"İlkin məlumata görə, bir uşaq həlak olub, bir neçə mülki şəxs,o cümlədən qadınlar yaralanıb. Biz bu hücuma cavab olaraq müvafiqvə qətiyyətli tədbirlər görəcəyik", - diplomatik mənbədənbildirilib.

Xatırladaq ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələriendirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur vəAzad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Избранный
0
az.trend.az

1Источники