RU

Pakistan Hindistanın iki qırıcısını vurdu

Pakistan silahlı qüvvələri Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki döyüş təyyarəsini vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə SAMAA TV məlumat yayıb. Bildirilir ki, Pakistan qüvvələri Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarəni vurub.
Qeyd olunur ki, Hindistan Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib. Bu barədə ANI agentliyi Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl Hindistan ordusu Pakistan tərəfinin nəzarət xəttinə artilleriya atəşi açdığını bildirib. Sərhədin müxtəlif ərazilərində atışmaların olduğu bildirilir.

Избранный
0
ucnoqta.az

1Источники