"Bavariya" çexiyalı forvard Patrik Şiklə maraqlanır.
İdman.biz xəbər verir ki, Münhen klubu ona Harri Keynin əvəzedicisi kimi baxır.
Artıq münhenlilər 29 yaşlı hücumçunun nümayəndələri ilə danışıqlara start veriblər. Şikin transfer qiyməti 25 milyon avro dəyərləndirilir.
Qeyd edək ki, Patrik bu mövsümdə Bundesliqada 29 oyunda 19 dəfə fərqlənib. O, yalnız 24 qol vuran Harri Keyndən geri qalır.
İdman.biz