İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 53 minə çatır.
Newscenter.az Fələstin Hökumətinin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, bu günə qədər 52 min 615 nəfər həyatını itirib.
Təkcə son 24 saatda 48 nəfər qətlə yetirilib. 142 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb, yaralanıb.
Martın 18-də elan edilmiş atəşks rejimindən sonra 2507 fələstinli öldürülüb, 6711 nəfərin isə yaralanıb.
Mehman Mehdiyev