RU

Gürcüstandakı aksiyaların 160-cı günü: Etirazçılar yenidən parlament binasının qarşısında

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb. Bu gün davamlı etirazın 160-cı günüdür.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, şəhərin mərkəzi prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Etirazçılar nəqliyyatın hərəkətinin qarşısını kəsdikdən sonra polis əməkdaşları yaxınlıqdakı ərazini tərk ediblər.

Bir az sonra Gürcüstan İctimai Yayımının binasında önündəki yürüş iştirakçıları parlamentin yaxınlığındakı aksiyaya qoşulacaqlar.

Etirazçıların tələbləri dəyişməz olaraq qalır: yeni parlament seçkilərinin təyin edilməsi və aksiya zamanı saxlanılanların hamısının azad edilməsi.

QAZİLER.AZ

Избранный
0
qaziler.az

1Источники