RU

''Qalatasaray''dan son 40 ildə əzici üstünlük!

Superliqada son 4 tura ən yaxın izləyicisi ''Fənərbaxça''dan 8 xal öndə daxil olan ''Qalatasaray'' növbəti çempionluq üçün gün sayır.

''Football-plus.az'' xəbər verir ki, ''Cim-Bom'' qalan 4 turda 4 xal toplayacağı təqdirdə tarixinin 25-ci çempionluğunu bayram edəcək. ''Sarı-qırmızılar'' eyni zamanda Türkiyə futbolunda 5-ci ulduzu qazanan ilk komanda olacaqlar. Çempionluğun taleyi artıq bu həftəsonu da həll oluna bilər. ''Fənərbaxça'' cümə günü səfərdə ''İstanbul BŞ''yə uduzacağı təqdirdə ''Qalatasaray''a çempionluğu rəsmiləşdirmək üçün Trabzon səfərində 1 xal da kifayət edəcək. Bununla da ''Cim-Bom'' son 40 ildə Türkiyə futbolundakı hegemonluğunu bir qədər də möhkəmləndirmiş olacaq.

Təsəvvür edin ki, 1985-ci ildə ''Qalatasaray''ın cəmi 6 çempionluğu var idi və komanda ''Fənərbaxça''dan 5 çempionluq geridə idi. Amma məhz 1985-ci ildən başlayaraq ''Qalatasaray'' inanılmaz bir yüksəliş yaşayaraq ölkə futbolunun aparıcı qüvvəsinə çevrildi. Bu mövsümkü zəfərlə birlikdə ''aslan'' son 40 ildə 19-cu çempionluğunu qazanacaq. Yəni başqa sözlə desək, komanda bu müddət ərzində demək olar iki ildən bir çempion olur!

Həm də bu il ''Fənər''lə çempionluq sayındakı fərq 6-ya yüksələcək. Maraqlıdı ki, son 40 ildə cəmi 8 çempionluğu olan ''Fənər'' bu göstəricidə heç Türkiyənin ikinci komandası da deyil! ''Beşiktaş''ın bu dönəmdə daha çox - 10 çempionluğu var.

Избранный
0
football-plus.az

1Источники